0
Thursday 27 October 2011 - 23:01

“İraqdan çəkilsək də, bölgədən çəkilməyəcəyik”

Story Code : 109839
“İraqdan çəkilsək də, bölgədən çəkilməyəcəyik”
“İraqdan çəkilsək də, bölgədən çəkilməyəcəyik”
Islam times.org/az/ - Birləşmiş Ştatların Müdafiə Naziri Leon Panetta, Pentaqonda öhdəsinə götürdüyü yeni vəzifəsindən indiyə qədər Asiyaya etdiyi ilk 3 günlük ziyarətinin yekununda növbəti dəfə İranı, ABŞ qüvvələrinin bu ilin sonuna qədər İraqdan çəkilmələri mövzusunda məsələyə müdaxilə etməməsi xəbərdarlığını etdi.

İşğlçı ABŞ Müdafiə Naziri Panetta İraqdakı 39.000 Amerikalı əsgərlərdən son qrupunun bu ölkədən çıxmasından sonra belə ABŞ ın bölgədəki əhəmiyyətli mövcudluğunu yenə davam etdirəcəyini vurğuladı və "Amerikanın İraqa bağlı vəzifəsi, öz iqtidar və təhlükəsizliyini təmin edə biləcək bir ölkə meydana gətirib, onu inkişaf etdirməsi idi. Buna görə də biz, bu ölkəylə uzun müddətli əlaqələrimizi davam etdirəcəyik" demişdir.

Panetta əlavə olaraq "Bizim, İrana və ya İraqla əlaqədar (müdaxilə) planları ola biləcək hər hansı bir ölkəyə mesajımız budur: ABŞ, gələcəkdə də bölgədəki varlığını uzun müddət davam etdirəcək" kimi fikir bildirmişdir.
Translator :
Source : islamtimes
Comment