QR CodeQR Code

Təbriz əhalisi Azərbaycan Respublikasında İslamçılıq cərəyanı ilə tanış olur

IRIB , 28 Oct 2011 00:54

Islamtimes - Azərbaycan Respublikası hökumətinin islamçılar ilə bağlı xəbərləri senzura və təhrif etməyə səy göstərməsinə baxmayaraq, Təbriz əhalisinin Azərbaycan Respublikasında islamçılıq cərəyanı ilə daha yaxından tanış olmaq üzrə səyləri artmaqdadır.


İslam İnqilabının Mədəniyyət Cəbhəsinin İranın Şərqi Azərbaycan ostanındakı ofisinin ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, Təbriz sakinlərinin Azərbaycan Respublikasında islamçılıq cərəyanı ilə daha yaxından tanış olmaları üçün hər həftə Təbriz məscidində toplantılar keçirilir.

Bu silsilə toplantıların 2-ci hissəsi "Şəriət Məhkumları" adı altında çərşənbə günü oktyabrın 26-da Təbrizin Musa ibn Cəfər(ə) məscidində təşkil edilib. Bu iclasda Azərbaycan Respublikasında hicab ilə mübarizə məsələsinin müxtəlif cəhətləri araşdırılıb. Həmçinin, qeyd etmək lazımdır ki, bu toplantıların 1-ci hissəsi "Azərbaycan Respublikasında Xomeyniçilər" adı altında Təbrizin Ayətulla Taliqani Məscidində keçirilmişdi. Bu toplantıda Azərbaycan Respublikası məsələləri üzrə ekspert və tədqiqatçılar Azərbaycan Respublikasının son durumu ilə bağlı ən yeni baxışlarını və təhlillərini təqdim ediblər.

İclas iştirakçıları ilk toplantıda etdikləri çıxışlarında Azərbaycan Respublikasının İran İslam Respublikası üçün əhəmiyyətinə işarə edərək, ABŞ və İsrail rejiminin Cənubi Qafqazdakı xüsusilə də Azərbaycan Respublikasındakı iştirakı və nüfuzunu İran İslam Respublikası üçün önəmli məsələlərdən adlandırıblar.

Eyni zamanda iclas iştirakçıları vəhhabilik kimi azğın firqələrin iştirakını və Azərbaycan Respublikasında sionizmin təbliğ edilməsini İranın Azərbaycan Respublikası məsələlərinə diqqət göstərməsinin digər önəmli səbəblərindən adlandırıblar.

İranofobiya, İslamofobiya və rəsmi Bakının hicaba qarşı siyasətləri bu iclasda araşdırılan digər mühüm məsələlərdən olublar.

İran İslam Respublikasının azəri dilli bölgələri, xüsusilə də Təbriz əhalisinin beynəlxalq sionizmin və ABŞ-ın Azərbaycan Respublikasındakı xoşagəlməz fəaliyyətlərinə habelə, iki dost, qardaş, müsəlman və qonşu ölkə əlaqələrinə zərbə vurmaq üzrə səylərinə diqqət göstərmələri belə bir reallıqdan xəbər verir ki, regionda cərəyan edən bəzi məsələləri o cümlədən islami simvolların ləğv edilməsini gizlətmək mümkün deyil.

Halbuki, Bakı rəsmiləri beynəlxalq sionizmin tövsiyələri əsasında Azərbaycan Respublikasında islamın simvollarının məhv edilməsi istiqamətində var gücü ilə səy göstərir və bu ölkənin müsəlman xalqının dini və mənəvi dəyərlərini həqiqi kimliyini məhv etməyə çalışırlar. Maraqlıdır, bu hadisələr elə bir şəraitdə baş verir ki, Azərbaycan Respublikası ərazisinin 20%-i ermənilər tərəfindən işğal edilib. Belə bir şəraitdə hakimiyyət işğal edilmiş ərazilərin azad olunmasına, müharibə nəticəsində öz yaşayış yerindən didərgin düşən 1 milyon insanın öz doğma yurd-yuvalarına qaytarılmasına səy göstərmək yerinə, Azərbaycan Respublikasının dövlətçiliyi və istiqlaliyyəti ilə düşmən olanlara xidmət istiqamətində islamofobiya və hicabofobiya siyasətlərini öz gündəminə daxil edib. Halbuki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində bu ölkə üçün ən ciddi və mühüm problem olub. Bu məsələ Azərbaycan Respublikası rəsmiləri tərəfindən də dəfələrlə gündəmə gətirilib. Belə bir şəraitdə İlham Əliyev hökumətinin gözlənilmədən və kəskin formada İslam simvollarına qarşı hücuma keçməsi və onların ləğv olunmasında israrlı görünməsi anlaşılmazdır. Siyasi müşahidəçilər isə rəsmi Bakının islamçılara qarşı bu hərəkətini sonu məğlubiyyət olan hərəkət adlandırıblar. Belə ki, 70 illik kommunist rejimin bu istiqamətdəki təcrübəsi bu məsələni sübut edir.

Müəllif : M.Talibi


Story Code: 109865

News Link :
https://www.islamtimes.org/az/news/109865/təbriz-əhalisi-azərbaycan-respublikasında-islamçılıq-cərəyanı-ilə-tanış-olur

Islam Times
  https://www.islamtimes.org