0
Friday 28 October 2011 - 09:29

ABŞ İranda "virtual səfirlik" yaradacaq

Story Code : 109882
ABŞ İranda "virtual səfirlik" yaradacaq
ABŞ İranda "virtual səfirlik" yaradacaq
Bu ilin sonunadək açılması planlaşdırılan yeni sayt vasitəsilə İran vətəndaşları viza və ABŞ-dakı tədris proqramları barədə informasiya əldə edə biləcəklər. 

"Doğrudur, bizim Tehranla indi heç bir diplomatik əlaqələrimiz yoxdur. İlin sonuna kimi biz virtual olaraq səfirlik yaradacayıq. Bu veb səhifə vasitəsi ilə İrandakı insanlar, xüsusən tələbələr bu saytdan istifadə edə biləcək. Bu səhifə informasiya mübadiləsini genişləndirməyə imkan verəcək. Biz ilk növbədə İran xalqı ilə əlaqə qurmaq istəyirik. Bu işdə əsasən yerli gənclərə ümid edirik. İran hökumətinə müraciət etməyə cəhd göstərsək də, nəticə olmamışdır”, -deyə Klinton bildirib.
Xatırladaq ki, ABŞ-la İran arasında diplomatik münasibətlər 1979-cu ildə kəsilmişdir.
Source : Deyerler
Comment