QR CodeQR Code

Avropa sionist rejimi durdurmaq üçün təsirli addimlar atmalidir

SaharTV , 11 Dec 2023 16:03

İslamtimes -İran xarici işlər naziri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə məktubda yazıb: Sionist rejimin cinayətlərinin davam etməsinə əsasən, işğalçı rejimin Qəzzə zolağına qarşı hücumlarının daimi şəkildə dayandırılması istiqamətində daha təsirli addımlar atılmalıdır.


Hüseyn Əmir-Abdullahiyan Cozep Borrelə ünvanladığı məktubda avropalı tərəfin atəşkəsin bərqərarı, onu stabilləşdirmək üzrə səy, Qəzzədə mülkilərin qırğın edilmələrinin durdurulması, beynəlxalq humanitar hüquqlara riayət və sığınacaqsız Qəzzə əhalisinə lazım olan təcili yardımların göndərilməsi vacibliyi barədəki son mövqeyini diqqət mərkəzinə alıb.
 Əmir-Abdullahiyan Borrelin/ sionistsakinli qəsəbələrin salınmasının beynəlxalq humanitar hüquqların biabırçı şəkildə pozulması kimi elan edilməsi və sionist qəsəbə sakinləri tərəfindən qərb sahilində törədilən zorakılıqların pislənilməsinə dair mövqeyini alqışlayıb.
Sözügedən məktubda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsindən həmçinin istənilibdir ki, Qəzzə zolağına qarşı blokadanın tam şəkildə götürülməsi və işğala son qoyulması istiqamətində təsirli addımlar atılsın.
 


Story Code: 1101915

News Link :
https://www.islamtimes.org/az/news/1101915/avropa-sionist-rejimi-durdurmaq-üçün-təsirli-addimlar-atmalidir

Islam Times
  https://www.islamtimes.org