QR CodeQR Code

Əfqanıstanda NATO-nun 10 əsgəri öldürüldü

30 Oct 2011 01:08

IslamTimes - Terrorçu-kamikadze NATO karvanının yanından keçərkən özünü partladıb.


Anspress-in məlumatına görə, Əfqanıstanın paytaxtı Kabilin Darulaman bölgəsində NATO-ya məxsus avtomobil karvanına hücum olub. Avtomobillə hərəkət edən terrorçu-kamikadze NATO karvanının yanından keçərkən özünü partladıb. Nəticədə Əfqanıstan Müdafiə Nazirliyinin təlim mərkəzinə gedən 10 NATO hərbçisi və 5 dinc sakin ölüb. Partlayış nəticəsində 1 Amerika əsgəri ilə 2 əfqan da yaralanıb.

NATO-ya bağlı Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinin (İSAF) mətbuat xidməti terror hücumu ilə bağlı təfərrüatlı məlumata malik olmadan hadisə ilə bağlı heç bir şərh verməyəcəyini bildirib.

Qeyd edək ki, bu həftənin əvvəllərində isə Əfqanıstan prezidenti Həmid Kərzai xarici əsgərlərin ölkədən geri çağırılması planı çərçivəsində 17 bölgədə təhlükəsizliyin əfqan təhlükəsizlik qüvvələrinə təhvil veriləcəyini açıqlamışdı.


Story Code: 110355

News Link :
https://www.islamtimes.org/az/news/110355/əfqanıstanda-nato-nun-10-əsgəri-öldürüldü

Islam Times
  https://www.islamtimes.org