QR CodeQR Code

Yəmən diktatorunun fitnəkar planı baş tutmayıb

Azeri.Irib , 30 Oct 2011 11:32

IslamTimes - Yəmən hakimi Əli Abdulla Salehin müxalifləri bu rejim daxilində və ölkədən xaricdəki rəhbərlərinin əleyhinə sui-qəsd cəhdlərini pisləyib.


Əl Youmus Sabe internet saytının məlumatına görə, Saleh rejiminin müxalifi olan siyasi qaynaqlar bu rejimin müxtəlif ölkələrdə, Misir və Suriyada olan müxalifləri əleyhinə sui-qəsd niyyətlərini sübuta yetirən faktları ifşa ediblər.

Bu qaynaqların məlumatına əsasən, Saleh rejimi xaricdə yaşayan rəhbərlərdən bir çoxunu, keçmiş ölkə prezidentləri Nasir Məhəmməd, Hedər Əbu Bəkir Əl Ətas və digər bir neçə siyasi şəxsiyyət əleyhinə sui-qəsd planının həyata keçirilməsini qarşıya məqsəd qoyub. Belə ki, bu istiqamətdə ölkə təhlükəsizlik və milli qüvvələrindən bir neçə nəfərini bu layihənin həyata keçirilməsi üçün təlimlərdən sonra sözü gedən ölkələrə göndərib.


Story Code: 110416

News Link :
https://www.islamtimes.org/az/news/110416/yəmən-diktatorunun-fitnəkar-planı-baş-tutmayıb

Islam Times
  https://www.islamtimes.org