QR CodeQR Code

Xoşbəxt cəmiyyət yaratmaq üçün ədalət ilk şərtdir

30 Oct 2011 11:43

IslamTimes - İran İslam Respublikasının prezidenti deyib: Xoşbəxt cəmiyyət yaratmaq üçün ədalət ilk şərtdir.


İRNA-nın məlumatına əsasən, Mahmud Əhmədinejad bu gün Tehranda keçirilən 6-cı Beynəlxalq Farabi Festivalının açılış mərasimində deyib: Hamıya məlumdur ki, adil hakim olmadan ədalətin icrası mümkün bir hadisə deyil.

İran prezidenti xoşbəxt ictimaiyyətin bir örnəyə ehtiyacı olduğunu elan edərək deyib: İnsan bu dünyada ən önəmli bir varlıqdır və ondan başqa heç bir mövcud bu qədər dəyərli ola bilməz.

Əhmədinejad həmçinin deyib: İnsanla əlaqəli olmayan heç bir elm yoxdur. Amma insanın mahiyyətinə qayıdan elmlər daha dəyərlidir.

6-cı Beynəlxalq Farabi Festivalı bu gün İranın təhsil naziri, iranlı və xarici mütəfəkkir və şəxsiyyətlərin iştirakı ilə bu gün Tehranda işə başlayıb.

Qeyd edək ki, Humanitar və islam elmlərini əhatə edən 6-cı beynəlxalq Farabi Festivalı hər il İranın təhsil nazirliyi tərəfindən təşkil olunaraq prezident aparatı, YUNESKO və AİSESKO tərəfindən dəstəklənir.


Story Code: 110420

News Link :
https://www.islamtimes.org/az/news/110420/xoşbəxt-cəmiyyət-yaratmaq-üçün-ədalət-ilk-şərtdir

Islam Times
  https://www.islamtimes.org