QR CodeQR Code

İran HDQ-nin silah arsenalına “Təlaiyyə” və “Nəsir” raket sistemləri əlavə edildi

SaharTV , 25 Dec 2023 15:16

İslamtimes -İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı kontur-admiral Şəhram İraninin iştirakı ilə “Təlaiyyə” strateji qanadlı raket sistemi və “Nəsir” qanadlı raket sistemi eləcə də, ilk dəfə olaraq elektron döyüş və kəşfiyyat helikopterləri İran Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.


1000 km-dən çox mənzilli “Təlaiyyə” raket sistemin istiqamətini dəyişmək və hədəfi seçmək qabiliyyətinə malik ağıllı raket sistemidir. Bu raketlər hədəfi yüksək dəqiqliklə və qəfildən vurmaq qabiliyyətinə malikdir.
“Nəsir” raketi güclü dağıdıcılığa malikdir və bu raketin uçuş məsafəsi 100 kilometrdən çoxdur. Qeyd edək ki, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin bütün növ gəmilərinin bu raketlə təchiz edilməsi prosesinə başlanılıb.
Helikopterlərdə quraşdırılan elektron döyüş sistemləri həm özünümüdafiə sahəsində, həm yumşaq müharibə şəraitində istifadə edilməsi üçün nəzərdə tutulub.
 


Story Code: 1104744

News Link :
https://www.islamtimes.org/az/news/1104744/iran-hdq-nin-silah-arsenalına-təlaiyyə-və-nəsir-raket-sistemləri-əlavə-edildi

Islam Times
  https://www.islamtimes.org