0
Sunday 30 October 2011 - 23:02

Əfqanıstanda 13 ABŞ əsgəri öldürüldü

Story Code : 110605
Əfqanıstanda 13 ABŞ əsgəri öldürüldü
Əfqanıstanda 13 ABŞ əsgəri öldürüldü
Islam times.org/az/ - Əfqanıstanda Taliban döyüşçülərindən bir kamikadze bomba ilə yüklənmiş bir avtomobil ilə NATO işğalçı qüvvələrinin yerləşdiyi bir avtobusa hücum edərək ən az 13 ABŞ əsgərinin ölümünə səbəb olub. Bu hadisədə 4 Əfqan vətəndaşı da yaralanıb.

“İslamtimes” in “Associated Press” xəbər agentliyinə istinadən xəbəri verərkən bu hadisəni Əfqanıstan döyüşünün başladığı 2001-ci ildən bu yana NATO qüvvələrinə qarşı edilən ən güclü hücum olaraq təyin edib.

Aldığımız digər xəbərlərə görə hadisədən sonra NATO-nun 2 vertolyotu ölən və yaralıları daşımaq üçün hadisə yerinə gətirilib.

Qeyd edək ki, Taliban bu hücumun məsuliyyətini boynuna götürüb. Taliban eyni zamanda bu təşkilata mənsub intiharçının istifadə etdiyi nəqliyyat vasitəsində 700 kilo partlayıcı maddə olduğunu təsdiqləyərək hadisədə ən az 25 adamın öldürüldüyünü iddia edib.
Translator :
Source : islamtimes
Comment