QR CodeQR Code

"ABŞ-a qarşı müqavimət, İraq tarixində qızıl rəngli bir səhifədir"

HaqqYolu , 31 Oct 2011 13:59

IslamTimes - İslam İnqilabının Böyük Rəhbəri İraqda müxtəlif xalq kütlələrinin işğalçı amerikalı qüvvələri qarşısında müqavimətini İraq tarixində qızıl rəngli səhifə sayıb


İslam İnqilabının Böyük Rəhbəri İraqda müxtəlif xalq kütlələrinin işğalçı amerikalı qüvvələri qarşısında müqavimətini İraq tarixində qızıl rəngli səhifə sayıb.

Həzrət Ayətullahə Əl-Üzma Xamenei keçən gün İraqın Kürdüstan məntəqəsinin başçısı Məsud Barizani ilə görüşdə İraqın hazırkı mövqeyi suverenliyinə işarə edərək vurğulayıb: İraqda bütün qövmlər və məzhəblərin Amerikanın göstərdiyi təzyiqləri müqabilində yekdil müqaviməti , bu ölkədə işğalçı hərbçilərin məhkəmə toxunulmazlığına qarşı çıxması və nəhayət Amerikanın İraqdan çıxmağa məcbur olması bu ölkə tarixində qızıl rəngli bir səhifədir.

İraqda müxtəlif məzhəb və qövümlərin dinc yanaşı yaşamasını qənimət bilən Böyük İnqilab Rəhbəri əlavə olaraq deyib: İraqda hazırkı səbat və suverenlik İran İslam Respublikasını sevindirir və məzhəblər –qövmlərin hamısı yeni İraqı abadlaşdırmaq yolunda bir-birlərinin əlini sıxmalıdırlar.

İslam İnqilabının Böyük Rəhbəri İİR-nın vahid və əmin-amanlı bir İraqı dəstəkləyərək vurğulayıb: İraqda törədilmiş viranlıqlar sürətlə bərpa edilməlidir ki, beləliklə vahid İraq özünün həqiqi mövqeyinə nail ola bilsin.

Həzrət Ayətullahəl-Üzma Xamenei İraqda olan məzhəb və qövmlərin hamısını İranın yaxın qardaşları xüsusilə də İran xalqı ilə tarixi ortaqlığa malik qardaşlar sayaraq vurğulayıb: İİR ilə İraqın hazırkı münasibətlərinin keyfiyyətinin yaxşı olmasına baxmayaraq bu əlaqələr gün-gündən genişləndirilməlidir.

İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizani də bu görüşdə İranı İraqın dost və qardaş sayıb və deyib: İraq xalqı və dövləti, ölkənin ağır və çətin günlərində İran xalqı və dövlətinin yardımlarını və məhəbbətini unutmayacaq, Barizani eləcə də bütün məzhəb və qövmlərin İraqın suverenliyi və nailiyyətlərinin qorunması yolundakı səylərinə işarə edərək vurğulayıblar : İraq həmişə İranın himayələri və göstərişlərindən istifadə edəcək.

Məsud Barizani dünən ( 29 oktyabr) yüksək vəzifəli bir nümayəndə heyətin başında Tehrana gəlib.


Story Code: 110708

News Link :
https://www.islamtimes.org/az/news/110708/abş-a-qarşı-müqavimət-iraq-tarixində-qızıl-rəngli-bir-səhifədir

Islam Times
  https://www.islamtimes.org