QR CodeQR Code

Hizbullahdan Azərbaycan hakimiyyətinə mesaj

2 Nov 2011 10:46

IslamTimes - Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunun binası qarşısında noyabrın 4-də etiraz aksiyası keçiriləcək.


Azadxeber.az saytının İran mediasına istinadən verdiyi xəbərə görə, bu barədə “Hizbullah”ın İran qolu olan “Hizbullah Ənsarı” Təşkilatının Təbriz nümayəndəliyinin baş katibi Höccətülislam Ruhullah Becani bildirib.


Becani deyib ki, Təbriz gəncləri sionizmin istiqaməti ilə icra olunan Azərbaycan Respublikasının anti-islami siyasətlərinə etiraz olaraq, bu respublikanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaqlar: “Alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmişdilər və ümid edirdilər ki, Azərbaycan Respublikası rəsmiləri bu anti-islami hərəkətlərdən əl çəkəcək, bu addımlarından çəkinəcəklər”.


Story Code: 111139

News Link :
https://www.islamtimes.org/az/news/111139/hizbullahdan-azərbaycan-hakimiyyətinə-mesaj

Islam Times
  https://www.islamtimes.org