0
Friday 4 November 2011 - 09:28

Hakimlər itaətə məhkumdur

Story Code : 111614
Hakimlər itaətə məhkumdur
Hakimlər itaətə məhkumdur
Bu günlərdə bu deyilənləri sübut edə biləcək fakt əldə edilib. Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin (EİZİB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşdirdiyi “İtkin düşmüş şəxslərin ailələrinin hüquqlarının müdafiəsinə dəstək” adlı layihə çərçivəsində həyata keçirilən məhkəmə çəkişmələri zamanı maraqlı məlumat aşkar olunub.
EİZİB sədri Yaşar Cəfərlinin bu gün layihənin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirdiyi məlumata görə, söhbət Maliyyə naziri Samir Şərifov tərəfindən Ali Məhkəmənin sədri Ramiz Rzayevə göndərilən gizli məktubdan gedir. Bu məktub 2010-cu ilin 6 oktyabr tarixində (N – DX-04/03-856-5488) imzalanıb, elə həmin gün Ali Məhkəməyə çatdırılıb.
Məktubda nazir S.Şərifovun Ali Məhkəmənin sədri R.Rzayev vasitəsilə məhkəmə proseslərinə təsir etmək niyyəti açıq-aşkar özünü büruzə verir. Y.Cəfərli bildirdi ki, 23 iyun 2010-cu il tarixdə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyası 11 min manatlıq pul kompensasiyasının ödənilməsi barədə iddia əsasında itkin düşmüş şəxslərdən birinin varisi Şahgəldiyeva Qumru Mədəd qızının xeyrinə qərar çıxardıb və bu qərar icraya yönəldilib. Bu qərar Maliyyə Nazirliyində ciddi narahatçılıq doğurub. İtkin düşmüş şəxslərin varislərinin 11 min manatlıq sıığorta pulu tələbinin qarşısını almaq məqsədilə müxtəlif tədbirlər planlaşdırılıb. Yuxarıda söhbət açdığımız məktub da məhz bu dövrdə qələmə alınıb.

“Məktubda göstərilənlərin heç bir hüquqi əsası yoxdur. Amma təəssüf ki, qərar qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının və qanunların müddəalarını əsas götürmək əvəzinə hakimlər məhz bu məktubu əldə bayraq edərək 1991-1994-cü illlərdə döyüş əməliyyatları zamanı itkin düşmüş şəxslərin varislərinin 11 min manatlıq sığorta pulu haqqında qanuni iddialarını amansızcasına rədd edirlər”, - deyə Y.Cəfərli bildirdi.
Comment