0
Friday 4 November 2011 - 15:46

Berluskoninin istefa verməsi yönündə təzyiqlər artır

Story Code : 111658
Berluskoninin istefa verməsi yönündə təzyiqlər artır
Berluskoninin istefa verməsi yönündə təzyiqlər artır
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, İtaliya nazirlər kabinetində ayrıseçkilik yaranması və iqtisadi islahatlar barədə razılığa gəlinməməsindən sonra baş nazir Silvio Berluskoniyə qarşı təzyiqlər artıb. Artıq bir çox nazirlər Berluskoninin istefa verməsini tələb edirlər.

Berluskoninin istefa verməsi ilə bağlı tələblər köklü dəyişikliklərlə bağlı islahatlar planının nazirlər kabineti tərəfindən bəyənilməməsindən sonra başlayıb. Bu islahatlar İtaliya iqtisadiyyatının inkişaf etdirilməsi və ölkənin böyük borclarının ödənilməsi ilə bağlı proqramlardan ibarət olub.

Maraqlı nöqtə budur ki, Berluskoninin tərəfdarlarından hesab edilən 6 parlament üzvü yeni dövlətin təşkil edilməsini istəyiblər.
Source : PressTV
Comment