QR CodeQR Code

İsrail Məkkə yolunu bağladı

5 Nov 2011 01:03

IslamTimes - İsrail bu günlərdə yəhudi hərbçi Gilad Şalitin əvəzinə həbsxanadan buraxılmış 84 fələstinlinin Həcc ziyarətinə getməsinə imkan verməyib.


RİA «Novosti»nin verdiyi məlumata görə, İsrail polisi İordaniya-Fələstin sərhəddində zəvvarları aparan avtobusu mühasirəyə alıb və onu geri qayıtmağa məcbur edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı kralı Abdulla ben Abdel Əziz bu günlərdə İsrail həbsxanalarından çıxmış fələstinliləri fəxri qonaq qismində Həcc ziyarətinə dəvət etmişdi. /HaqqYolu/


Story Code: 111767

News Link :
https://www.islamtimes.org/az/news/111767/israil-məkkə-yolunu-bağladı

Islam Times
  https://www.islamtimes.org