QR CodeQR Code

Təbrizdəki konsulluğumuzla bağlı xəbər təkzib edildi

Yeni Müsavat , 5 Nov 2011 12:21

IslamTimes - İranın “Hizbullah Ənsarı” təşkilatının noyabrın 4-də Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında etiraz aksiyası keçirəcəyi barədə xəbər bu təşkilatın Şərqi Azərbaycan şöbəsinin saytında təkzib edilib.


Təbriz İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi şəhəridir.

“Media forum” saytı “Amerikanın səsi”nə istinadla bildirir ki, noyabrın 3-də “Hizbullah Ənsarı”nın Şərqi Azərbaycan şöbəsinin saytında yerləşdirilən təkzibdə deyilir: “Möhtərəm Hizbullahi bacı və qardaşlarımıza çatdırırıq ki, aban ayının 13-ü (noyabrın 4-ü) Azərbaycanın baş konsulluğunun önündə nümayiş keçiriləcəyi barədə şayiələr yayılıb. Bu təşkilat belə bir aksiya keçirtməyəcək və bu barədə yayılan şayiəni təkzib edir”.

Noyabrın 4-ü İranda 1979-cu ildə ABŞ səfirliyinə edilən hücumun ildönümüdür və həmin gün İranda tələbə günü kimi qeyd edilir.


Story Code: 111838

News Link :
https://www.islamtimes.org/az/news/111838/təbrizdəki-konsulluğumuzla-bağlı-xəbər-təkzib-edildi

Islam Times
  https://www.islamtimes.org