QR CodeQR Code

Peres mətbuatı məsuliyyətə çağırdı

5 Nov 2011 14:09

IslamTimes - Livan Hizbullahı qarşısında aciz qalmış Tel-Əvivin İrana hücumu İsrailin xəritədən silinməsinə bərabərdir.


"IslamTimes" "MigNews"-a istinadən xəbər verir ki, hazırda dünya mətbuatında ən prioritet mövzu İrana hücum mövzusudur. Ağ Evə bağlı mənbələr hətta məhz bu gün gecə İsrail aviasiyasının İrana hücumu barədə məlumat verib. Ağ Ev guya İsrailin bu qəfil addımına görə narahatdır.

Ötən gün ITV teleşəbəkəsinə müsahibə verən İsrail prezidenti Şimon Peres dilini dolaşdırmaqla yayılmış xəbərləri birmənalı cavablandırmayıb. O sadəcə dünya birliyini İrana qarşı sanksiyaları gücləndirməyə dəvət edib. İrana ehtimal olunan hücumla bağlı sualdan yayınan Peres mətbuatı məsuliyyətli olmağa və siyasi çərçivəni gözləməyə çağırıb.

Ekspertlər bu fikirdədir ki, İsrail həmişəki kimi təbliğat müharibəsi aparır və onun İran hərbi maşını ilə üzbəüz gəlmək gücü yoxdur. Livan Hizbullahı qarşısında aciz qalmış Tel-Əvivin İrana hücumu İsrailin xəritədən silinməsinə bərabərdir.


Story Code: 111858

News Link :
https://www.islamtimes.org/az/news/111858/peres-mətbuatı-məsuliyyətə-çağırdı

Islam Times
  https://www.islamtimes.org