QR CodeQR Code

Husilər işğalçı İsrail gəmisini vurdu

5 Mar 2024 22:42

IslamTimes - Yəmənin “Ənsar Allah” Müqavimət hərəkatının hərbi nümayəndəsi Yəhya Səri Yəmən husilərinin Ərəbistan dənizində işğalçı İsrailin MSC SKY gəmisinə hücum etdiyini bildirib.


Teleqraf.com xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb.

Məlumata görə, Yəmənin Hərbi Dəniz Qüvvələri işğalçı İsrail gəmisinə raketlərlə hücum edib.

Yəhya Səri zərbənin dəqiq və birbaşa olduğunu vurğulayıb.

Bundan əvvəl “Ənsar Allah” hərəkatının Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi Ədən körfəzində Britaniyanın “Rubymar” gəmisinə endirilən zərbələrə görə Baş nazir Rişi Sunakın məsuliyyət daşıdığını bildirib. O, həmçinin Britaniyaya gəmiyə girişlə bağlı ultimatum verib.

 


Story Code: 1120540

News Link :
https://www.islamtimes.org/az/news/1120540/husilər-işğalçı-israil-gəmisini-vurdu

Islam Times
  https://www.islamtimes.org