QR CodeQR Code

İsrail BMT əməkdaşlarını HƏMAS əleyhinə ifadə almaq üçün işgəncə edib

إسلام تايمز , 9 Mar 2024 23:34

IslamTimes: BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bildirib ki, İsrail rəsmiləri BMT əməkdaşlarını işgəncə edərək onlardan HƏMAS-a qarşı zorla ifadə almağa çalışıb.


"Reuters"in yaydığı məlumata əsasən, işğalçı İsrail rejimi BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) əməkdaşlarından bu qurumun Həmasla əməkdaşlıq etdiyi ilə bağlı zorla ifadə almağa çalışıb.

İsrail dünyaya elə göstərmək istəyib ki, guya BMT əməkdaşlarının Həmasın 7 oktyabr hücumunda rolu olub.

Qeyd edək ki, sionist rejim bir neçə ay öncə 12 BMT əməkdaşını HƏMAS-ın Əl-Əqsa tufanı əməliyyatında əli olmaq  bəhanəsiylə şərləyərək həbs etmişdi.

BMT İsrailin bu vəhşiliyi ilə bağlı sənədlər yayımlayacağını bildirib.


Story Code: 1121538

News Link :
https://www.islamtimes.org/az/news/1121538/israil-bmt-əməkdaşlarını-həmas-əleyhinə-ifadə-almaq-üçün-işgəncə-edib

Islam Times
  https://www.islamtimes.org