QR CodeQR Code

Britaniya Rusiyadan gələcək təhlükələrə qarşı Ermənistanı qorumağa söz verdi

10 Mar 2024 19:43

IslamTimes - Böyük Britaniya Ermənistan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dondurmaq qərarını tanıyır və “Rusiyadan gələn təhdidlər” qarşısında dəstək verməyə hazırdır”.


"Unikal" RT-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi bildirib.

“Böyük Britaniya bu qərarı (KTMT üzvlüyünün dondurulması – red.) Ermənistanın suveren hüququnun həyata keçirilməsi kimi tanıyır və Rusiyadan gələn cavab tədbirləri təhlükəsi qarşısında onu dəstəkləmək üçün Avro-Atlantik müttəfiqləri ilə əməkdaşlıq edəcək”, - deyə Hippi vurğulayıb.

Britaniya parlamentinin yazılı sorğusuna cavab olaraq o vurğulayıb ki, London “əməkdaşlığı dərinləşdirmək” yollarını axtarmaq üçün İrəvanla yaxından işləməyə davam edəcək.


Story Code: 1121618

News Link :
https://www.islamtimes.org/az/news/1121618/britaniya-rusiyadan-gələcək-təhlükələrə-qarşı-ermənistanı-qorumağa-söz-verdi

Islam Times
  https://www.islamtimes.org