QR CodeQR Code

Səudiyyə kralı İsrailin cinayətlərinə "dur" deyilməsini tələb etdi!

إسلام تايمز , 11 Mar 2024 03:46

IslamTimes - "Beynəlxalq ictimaiyyət İsrailin cinayətlərini dayandırmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir" - Səudiyyə Ərəbistanı kralı


Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud bəyan edib ki, beynəlxalq ictimaiyyət sionist rejimin vəhşi cinayətlərini dayandırmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir!

Səudiyyə kralı Salman bin Əbdüləziz müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbriklərini çatdıraraq deyib: "Fələstindəki qardaşlarımızın iztirabları səbəbindən müqəddəs Ramazan ayının gəlməsi bizi kədərləndirir."

Kral Salman əlavə edib: "Qəzzada fələstinlilər üçün təhlükəsiz humanitar və yardım keçidləri təmin edilməlidir."

“Reuters”in məlumatına görə, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri bazar ertəsini müqəddəs Ramazan ayının ilk günü elan ediblər.

Qəzzada aylardır davam edən və 30 mindən çox şəhid verən hərbi əməliyyata toxunaraq, İsrail rejiminin vəhşi cinayətlərini dayandırmaq üçün beynəlxalq ictimaiyyətin məsuliyyətini vurğulayıb.


Story Code: 1121715

News Link :
https://www.islamtimes.org/az/news/1121715/səudiyyə-kralı-israilin-cinayətlərinə-dur-deyilməsini-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org