QR CodeQR Code

Bakıda “kişi” tapıldı!

7 Nov 2011 00:22

IslamTimes - Azərbaycanın populyar stilistlərindən olan Samir Əliyev Day.Az saytına açıqlamasında bu günlə bağlı fikirlərini bölüşüb...


"Çox istərdim ki, bu gün bizim ölkəmizdə də qeyd olunsun. 8 Martı qadınların bayramı kimi qeyd ediriksə, kişilər gününü niyə qeyd etməyək?! Bu bayramı əsl kişilər qeyd etməlidir. Hər şalvar geyinəni kişi adlandırmaq olmaz. Bu, çox məsuliyyətli addır və ona layiq olmaq lazımdır".

Samir arzuladığı hədiyyələr haqda da danışıb: "Bu bayramda kişi ətri hədiyyə almaq istərdim. Məsələ ondadır ki, ad günlərimdə dostlarım və yaxınlarım nədənsə mənə qadın ətri hədiyyə edir və niyəsə onları bəyəndiyimi düşünürlər. Hədiyyə insanı məyus etməməli, əksinə sevindirməlidir." /HaqqYolu/


Story Code: 112175

News Link :
https://www.islamtimes.org/az/news/112175/bakıda-kişi-tapıldı

Islam Times
  https://www.islamtimes.org