QR CodeQR Code

İnqilab Rəhbəri: Müqavimət sionistlərin burnunu yerə sürtəcək!

إسلام تايمز , 12 Mar 2024 21:41

IslamTimes - İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xamenei buyurub: Müqavimət Allahın lütfü ilə sionistlərin burnunu yerə sürtəcək!


Bu gün (12/03/2024) Mübarək Ramazan ayının ilk günündə günortadan sonra İmam Xomeyni Hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin hüzurunda “Quranla üns mərasimi” keçirilib.

Cənab Rəhbər buyurub: "Bu gün əsas hədəfimiz mühüm, dəyərli iş olan Quranın mesajını insanlara çatdırmaq və Quranla bağlı təfəkkür üçün zəminə yaratmaq olmalıdır."

İslam İnqilabının Rəhbəri Qəzzədə gənclərin Quran tilavəti görüntülərinə işarə edərək, qeyd edib: "Bu gün Qəzzədə şahidi olduğumuz insanların dözümü Quranı dərk etmək və ona əməl etməkdən qaynaqlanır."

Ayətullah Xamenei əlavə edib ki, Qəzzada iki hadisənin “zirvə” həddinə olduğuna şahid oluruq. Bir tərəfdən Qəzzada işğalçı İsrailin cinayətləri, qəddarlığı, digər tərəfdən isə Fələstin xalqının dözümlülüyü və müqaviməti zirvə həddindədir!

Qeyd edək ki, İnqilab Rəhbəri Müqavimət Cəbhəsinin sonda Allahın lütfü ilə sionistlərin burnunu yerə sürtəcəyini bildirib!


Story Code: 1122126

News Link :
https://www.islamtimes.org/az/news/1122126/inqilab-rəhbəri-müqavimət-sionistlərin-burnunu-yerə-sürtəcək

Islam Times
  https://www.islamtimes.org