QR CodeQR Code

ABŞ sionist təfəkkürünü qorumaq üçün İran, Hizbullah, Həmas və Suriyanı hədəfə alıb

7 Nov 2011 13:22

IslamTimes - Bizdə deyil məhz onlarda 300 nüvə başlığı var.


Azadxeber.az saytının Misirin Əl-Əxbar qəzetinə istinadən verdiyi xəbərə görə, Misir jurnalistlərinə müsahibə verən İran İslam Dövlətinin prezidenti Doktor Mahmud Əhməd Nəjad ABŞ və İsrail məslələlərinə toxunaraq belə deyib: "

Bəli ABŞ İranın hərbi gücündən, qüdrətindən qorxub çəkinir. Bu danılmaz faktdır. Onlar çox gözəl bilirlər ki, bizdə nüvə silahı yoxdur. Sadəcə sionist təfəkkürünü, ideologiyasını qorumaq üçün ABŞ İranla, Hizbullahla, Həmasla və Suriya ilə düşmənçilik edir. Bizim elə hərbi imkanlarımız var ki, bölgədə heç bir dövlət belə imkana malik deyil. İran bu sahədə çox inkişaf edib. Ona görədə ABŞ, Qərb dövlətlərinin dəstəyindən istifadə etmək istəyir ki, İranla müharibə etsin." "İsrailin sonu qaçılmazdır. Çünki bizlərdə deyil məhz onlarda 300-ə yaxın nüvə başlıqları var. Və İran da bunun məhvinə görə əlindən gələni edib və edəcəkdir. ABŞ-ın ən qorxduğu məsələlərdən biri də İranın Səudiyyə dövləti ilə sıx əməkdaşlıq etməsidir. Onlar bilirlər ki, əgər bu iki dövlət birləşsə onlar üçün heçdə xeyirli olmayacaq. Bunun müqabilindədə əlindən gələn şər və böhtan dolu fitnə toxumunu səpməkdədir. Müsəlman bir səfiri öldürmək bizim əlimizdən heç vaxt gəlməz. Amma bu əməl ABŞ-a heçdə yad deyil."


Story Code: 112225

News Link :
https://www.islamtimes.org/az/news/112225/abş-sionist-təfəkkürünü-qorumaq-üçün-iran-hizbullah-həmas-və-suriyanı-hədəfə-alıb

Islam Times
  https://www.islamtimes.org