QR CodeQR Code

Klinton: Trampa səs vermək Putinin komandasına səs vermək deməkdir

إسلام تايمز , 14 Mar 2024 00:49

IslamTimes - Donald Trampın Respublikaçılar Partiyası tərəfindən 2024-cü il prezident seçkilərinə namizədliyi təsdiqləndikdən sonra Hillari Klinton Trampın tərəfdarlarını Vladimir Putini dəstəkləməkdə ittiham edib.


2016-cı il ABŞ prezident seçkilərində Donald Trampın Demokrat Partiyasından rəqibi olan Hillari Klinton X sosial şəbəkəsində yayımladığı mesajda belə yazıb: “Hər gün bu məsələ daha aydın olur. Trampa səs vermək Putinin komandasına səs verməyə bərabərdir”.

Hillari Klinton bu açıqlamanı Macarıstanın baş naziri Viktor Orbanın çıxışından sonra dilə gətirib. Viktor Orban bildirmişdi ki, Donald Tramp yenidən seçiləcəyi təqdirdə Ukraynaya kömək üçün heç bir pul ayırmayacaq. Tramp Ukraynadakı müharibəni maliyyələşdirməyəcək və nəticədə müharibə bitəcək.

Tramp bu yaxınlarda Viktor Orbanı Maralaqodakı iqamətgahında qəbul edib. Onların söhbəti bir saata yaxın davam edib, sonra şam yeməyinə və konsertə qatılıblar. ABŞ-ın keçmiş prezidentinin mətbuat xidməti qeyd edib ki, Tramp və Orban “Macarıstan və ABŞ-a təsir edən geniş spektrli məsələləri, o cümlədən hər iki ölkə üçün təhlükəsiz və möhkəm sərhəd məsələsini müzakirə ediblər”.

Çərşənbə axşamı günü Co Bayden və Donald Tramp 2024-cü il ABŞ prezident seçkiləri üçün partiyalarının namizədləri olaraq rəsmən seçiliblər.


Story Code: 1122435

News Link :
https://www.islamtimes.org/az/news/1122435/klinton-trampa-səs-vermək-putinin-komandasına-deməkdir

Islam Times
  https://www.islamtimes.org