QR CodeQR Code

Moskvada Qurban bayramı

7 Nov 2011 18:37

IslamTimes - Dünya müsəlmanları müqəddəs Qurban bayramını qeyd edirlər.


İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bütün müsəlman ölkələri ilə yanaşı, müsəlmanların çox olduğu ölkələrdə də keçirilir.


Rusiyanın paytaxtı Moskva şəhərində Otradniy rayonunda yerləşən “İnam” məscidində müsəlmanlar bir araya gəliblər. Bayram namzı qılınıb, qarşılıqlı təbriklər səslənib. Bayram namazından sonra məscidə təşrif buyuranlara qurban payı paylanılıb.


Salamnews-a müsahibə verən dindarlar dünya müsəlmanlarını təbrik ediblər, gələcək Qurban bayramını Qarabağ azad olunduqdan sonra Xankəndində, Şuşada, Lacında keçirmək arzularını dilə gətiriblər.


“İnam” məscidinin imamı Hacı Yusif Hüseynov Salamnews-a açıqlamasında bayramın əhəmiyyətindən danışıb: “Qurban bayramı sevgidir, təmizlikdir, Allaha yaxınlıqdır. Bu bayram günü münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirəm, hər kəsə cansağlığı, xoşbәxtlik, rifah, sevinc, süfrәlәrinizә ruzi-bәrәkәt, sülh vә әminamanlıq arzulayıram”. /Deyerler/


Story Code: 112259

News Link :
https://www.islamtimes.org/az/news/112259/moskvada-qurban-bayramı

Islam Times
  https://www.islamtimes.org