QR CodeQR Code

Makron cinayətkar ABŞ-a bağlı olduqlarını dilə gətirdi!

17 Mar 2024 05:13

IslamTimes - ABŞ Ukraynanı çətin vəziyyətdə tərk edərsə, dünyanın inamını, təsirini, eləcə də beynəlxalq nüfuzunu itirəcək.


Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emanuel Makron deyib.

"Xatırladaq ki, Amerika administrasiyası bizimlə çox sıx işləyir, avropalılar bu əməkdaşlıq sayəsində çox şeyə nail olublar. Onlar hər zaman bizimlə olublar. Uzunmüddətli perspektivdə qalmaq Amerikanın maraqlarına uyğundur. Çünki Ukraynada beynəlxalq hüququn, liberal demokratiyanın taleyi həll olunur, ona görə də əminəm ki, Amerikanın strateji marağı Ukraynanı dəstəkləməkdə davam etməkdir", - Makron bildirib.

O vurğulayıb ki, Amerika xalqına artıq etdiklərinə görə təşəkkür etmək lazımdır:

"Avropanın istənilən halda ehtiyat planı olmalıdır, çünki Ukrayna bizim üçün ekzistensial məsələdir".


Story Code: 1123118

News Link :
https://www.islamtimes.org/az/news/1123118/makron-cinayətkar-abş-a-bağlı-olduqlarını-dilə-gətirdi

Islam Times
  https://www.islamtimes.org