QR CodeQR Code

National Interest: NATO Ukraynanı köhnə silahlarının zibilxanasına çevirdi

إسلام تايمز , 17 Mar 2024 23:35

IslamTimes - “National Interest” jurnalının hərbi analitiki Brandon Viçert yazıb ki, Ukraynaya yardım etdiyini iddia edən NATO hərbi alyansı əslində iki illik müharibə ərzində Ukraynaya sadəcə köhnəlmiş silahlar göndərib.


“National Interest” hərbi analitik Brandon Viçertə istinadən bildirir ki, NATO liderlərinin və Qərb mediasının irəli sürdüyü miflərdən biri ondan ibarətdir ki, Qərb texnikası Ukraynaya Rusiyaya qarşı müharibəni davam etdirməyə kömək edib. Amma reallıq budur ki, Ukrayna NATO-nun köhnə silahlarının zibilxanasına çevrilib və ölkəyə verilən texnika tullantıdan başqa bir şey deyil.

Məsələn, Fransa hökuməti Kiyevə kömək etmək öhdəliyinə sadiq olduğunu iddia edir. Nəticədə bu ölkə Ukraynaya çoxlu sayda AMC-10RC adlı yüngül zirehli tanklar göndərib. Lakin fakt odur ki, bu tanklar 1980-ci illərin əvvəllərinə aiddir və Fransa Ukrayna hərbi əməliyyatlara başlamazdan bir il əvvəl bu tankları mərhələli şəkildə ləğv etməyə başlamışdı. Adı çəkilən tanklardan istifadə edən ukraynalılar belə texnikanın müharibə üçün “yararsız” olduğunu dəfələrlə dilə gətiriblər!


Story Code: 1123236

News Link :
https://www.islamtimes.org/az/news/1123236/national-interest-nato-ukraynanı-köhnə-silahlarının-zibilxanasına-çevirdi

Islam Times
  https://www.islamtimes.org