QR CodeQR Code

İşğalçı İsrailin xarici işlər naziri: Borrell bizə hücum etməyi dayandırmalıdır

إسلام تايمز , 18 Mar 2024 19:23

IslamTimes - İşğalçı İsrailin xarici işlər naziri Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrellin İsrailin Qəzza zolağında qeyri-insani hərəkətləri ilə bağlı son açıqlamalarına münasibət bildirib.


İşğalçı İsrailin xarici işlər naziri Yisrael Katz bu gün (bazar ertəsi) X sosial şəbəkəsindəki hesabında Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrellə xitabən deyib: "Borrel İsrailə hücumu dayandırmalıdır!"

Qeyd edək ki, Jozep Borrell, bu gün "Qəzzəyə humanitar yardım" konfransında işğalçı İsrailin Qəzza zolağındakı qeyri-insani hərəkətlərini tənqid edərək, İsrailin aclıqdan Fələstin xalqına qarşı müharibə silahı kimi istifadə etdiyini bildirib.

Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell bundan öncə də dəfələrlə işğalçı İsrailin Qəzzadakı qətliamını sərt tənqid edərək dünyanı İsrailin bu qandonduran cinayətlərinə qarşı çıxmağa çağırıb.


Story Code: 1123415

News Link :
https://www.islamtimes.org/az/news/1123415/işğalçı-israilin-xarici-işlər-naziri-borrell-bizə-hücum-etməyi-dayandırmalıdır

Islam Times
  https://www.islamtimes.org