QR CodeQR Code

Amnesty İnternational Qəzzada “soyqırımı” törədildiyini təsdiqlədi

إسلام تايمز , 27 Mar 2024 23:17

IslamTimes - Beynəlxalq Amnistiya Təşkilatının baş katibi BMT-nin Qəzzədəki soyqırımla bağlı hesabatını təsdiqləyərək, dünya ölkələrinin sionist rejimə təzyiq etməli olduqlarını bəyan edib.


Beynəlxalq Amnistiya Təşkilatı İsrailin Qəzzada "soyqırım" törətdiyinə dair BMT-nin hesabatını alqışlayıb və soyqırımın qarşısının alınması və BMT Təhlükəsizlik Şurasının dərhal atəşkəs haqqında qətnaməsini yerinə yetirməyin vaxtının gəldiyini bəyan edib.

"Əl-Qüds əl-Ərəbi"nin hesabatına görə, BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının durumu üzrə xüsusi məruzəçisi Françeska Albanes çərşənbə axşamı Cenevrədə BMT-nin İnsan Haqları Şurasına təqdim etdiyi hesabatda deyib: İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırım cinayəti törətdiyinə inanmaq üçün əsaslar var.

Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Aqnes Kallamard açıqlamasında bildirib ki, BMT-nin hesabatı çox vacibdir və hökumətlər tərəfindən təcili tədbirlər görülməsi üçün çağırış olmalıdır.

O vurğulayıb ki, dünya ölkələri Soyqırım Cinayətinin Qarşısının Alınması Konvensiyasına əsaslanan öhdəliklərini yerinə yetirməli və Qəzzada fələstinlilərə dəstək üçün konkret tədbirlər görməlidir.


Story Code: 1125319

News Link :
https://www.islamtimes.org/az/news/1125319/amnesty-international-qəzzada-soyqırımı-törədildiyini-təsdiqlədi

Islam Times
  https://www.islamtimes.org