QR CodeQR Code

İsrailin bu addımını kəskin pisləyirik - Rusiya

30 Mar 2024 03:19

IslamTimes - Rusiya iğalçı İsrailin Suriyanın Hələb yaxınlığındakı müxtəlif hədəflərə aviazərbələr endirməsini kəskin şəkildə pisləyir. Bu, Suriyanın suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozur.


Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bir daha vurğulayırıq ki, Suriyaya qarşı bu ölkənin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulmasını təşkil edən bu cür təcavüzkar hərəkətlər qəti şəkildə qəbuledilməzdir”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün işğalçı İsrail Suriyanın paytaxtı Dəməşq ətrafına aviazərbələr endirmişdi.


Story Code: 1125788

News Link :
https://www.islamtimes.org/az/news/1125788/israilin-bu-addımını-kəskin-pisləyirik-rusiya

Islam Times
  https://www.islamtimes.org