QR CodeQR Code

Mişel Obamadan üzr tələb etdi

9 Nov 2011 16:30

IslamTimes - ABŞ-da prezidentliyə namizədləri İsrail təyin edir. ABŞ-da 2012-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd Mişel Bakman ABŞ prezidenti Barak Obamanı İsrailin baş naziri Benyamin Netanyahudan üzr istəməyə səsləyib


Bakman ABŞ prezidentini əvvəlcə İsrail baş nazirindən üzr istəməyə, həmçinin lider keyfiyyətlərini nümayiş etdirməyə və təcili surətdə Sarkozidən Netanyahu haqqında səsləndirdiyi pis fikirlərə görə üzr istəməyi tələb etməyə çağırıb.

“Qazeta.ru” saytı isə xatırladıb ki, Obama və Sarkozi arasında söhbət bir həftə öncə olub. Lakin Fransa kütləvi informasiya vasitələri öz prezidentlərini utandırmamaq üçün heç nə yazmayıblar. Bu informasiya isə mətbuata dünən sızıb.

Qeyd edək ki, G-20 sammiti çərçivəsində Sarkozi ilə Obamanın qeyri-rəsmi söhbəti gedişatında Sarkozi deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu boş-boğazdır. Sarkozi həmçinin Netanyahunu yalançı adlandırıb.

Barak Obamanın cavabı isə tərcüməçinin şərhində təxminən bu cür olub: “ABŞ prezidenti müntəzəm olaraq Fransa prezidentinin Netanyahu ilə üzləşdiyi hisslərindən asılı olmayaraq İsrail baş naziri ilə məşğul olmalıdır”. Lakin iki prezidentin arasında olan söhbəti eşidən jurnalistlər isə bildiriblər ki, Obama deyib: “O sizi bezdiribsə, onda mən nə edim? Mən demək olar ki, hər gün Netanyahu ilə üzləşməli oluram”.


Story Code: 112683

News Link :
https://www.islamtimes.org/az/news/112683/mişel-obamadan-üzr-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org