0
Wednesday 9 November 2011 - 19:36

Avropa Çini qorxudaraq ondan faydalanmağa çalışır

Story Code : 112713
Avropa Çini qorxudaraq ondan faydalanmağa çalışır
Avropa Çini qorxudaraq ondan faydalanmağa çalışır
Kristin Laqard hesab edir ki, əgər ölkələr yaranmış problemləri birlikdə həll etməyə can atmasalar, dünya iqtisadiyyatını “itirilmiş onillik” gözləyir.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard hesab edir ki, əgər ölkələr yaranmış problemləri birlikdə həll etməyə can atmasalar, dünya iqtisadiyyatını “itirilmiş onillik” gözləyir. Çində rəsmi səfərdə olan BVF-nin rəhbəri, avrozona bir neçə ölkədə vəziyyəti düzəldə bilməsə, Pekinin bu iqtisadi çaxnaşmadan yaxa qurtara bilməyəcəyini dilə gətirib.

BBC əməkdaşlarının Pekindən ötürdüyü xəbərlərdə Avropa liderlərinin Pekinin “Avropanın böhrandan çıxma” proqramlarına dəstək verəcəyinə ümid etdikləri bildirilir. Lakin hələ ki, Pekinin bu fikirdə olmadığı aydın görünür. /XezerXeber/
Comment