QR CodeQR Code

İsrailin energetika naziri: Rəfaha hücum Səudiyyə Ərəbistanı ilə münasibətdən daha vacibdir

إسلام تايمز , 9 Apr 2024 21:03

IslamTimes - İsrailin enerji və infrastruktur naziri Eli Koen bu gün Qəzza müharibəsində qələbənin Tel-Əviv üçün hər şeydən daha vacib olduğunu bildirib.


“Israel Hayom” qəzetinin yazdığına görə, əvvəllər işğalçı rejimin xarici işlər naziri olmuş Eli Koen bu rejimin təhlükəsizlik kabinetinin iclasında deyib: “İsrailin təhlükəsizliyi bütün sülh razılaşmalarından üstündür, sülh qüdrətli dövlətlərlə qurulur. Region bizi sınaqdan keçirir, ona görə də biz qəti qələbə qazanana qədər müharibəni davam etdirməliyik, bu bizim gələcəyimizi təmin edəcək və gələcəkdə normallaşma sazişlərinin əldə olunmasına gətirib çıxaracaq.

Netanyahunun kabinetinin naziri daha sonra iddia edib: “Səudiyyə Ərəbistanının düşmənləri bunlardır: Həmas, İran, Husilər və İslami Cihad. Ona görə də ABŞ-ın rəhbərlik etdiyi regional razılaşmalar Səudiyyə Ərəbistanının da maraqlarına uyğun olacaq, çünki bu, İrana qarşı birləşmək üçün razılaşma əldə etmək imkanı verəcək.

Eli Koen iddia edib ki, Səudiyyə Ərəbistanı ilə normallaşma sazişi gələcəkdə Fələstin dövlətinin yaradılması məsələsi ilə əlaqəsi olmadan həyata keçiriləcək.


Story Code: 1127827

News Link :
https://www.islamtimes.org/az/news/1127827/israilin-energetika-naziri-rəfaha-hücum-səudiyyə-ərəbistanı-ilə-münasibətdən-daha-vacibdir

Islam Times
  https://www.islamtimes.org