İran və Türkiyə XİN rəhbərləri arasında telefon bağlantısı
11 Apr 2024 10:58
IslamTimes - İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında Qəzzadakı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin İsrailin İranın Dəməşqdəki konsulluğuna raket hücumunun reaksiyaları və nəticələrini müzakirə ediblər.
Story Code: 1127975