Zelenski ABŞ-ni Ukraynaya silah göndərmədiyinə görə tənqid etdi
11 Apr 2024 10:35
IslamTimes - Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ni Kiyev tərəfinə silah göndərmə sürətinə görə tənqid edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
“Məsələn, mən bir məntiqi başa düşmürəm. Tərəfdaşlarımızdan birinin Ukraynanın var olması üçün bu gün ehtiyac duyduğu silahlara sahib olmasına baxmayaraq bu silahları bizə vermək istəməməsini başa düşmürəm”, - ölkə başçısı vurğulayıb.
Xatırladaq ki, bir müddət öncə Zelenski bildirmişdi ki, Almaniya kansleri Olaf Şolts "Taurus" raketlərini Ukraynaya göndərməkdən imtina edib.
Story Code: 1127989