QR CodeQR Code

UNİSEF-in avtomobili Qəzzanın girişində sionistlər tərəfindən atəşə tutuldu

11 Apr 2024 11:53

IslamTimes - Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİSEF) avtomobili Qəzza zolağının şimalına giriş etməyi gözləyərkən sionistlər tərəfindən atəşə tutulub.


Axar.az xəbər verir ki, bu barədə təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə ofisinin X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda deyilir.

“Aprelin 10-da Qəzzanın şimalına giriş üçün gözləyən UNİSEF avtomobili atəşə tutulub, atəş döyüş patronları ilə həyata keçirilib”, - fondun ofisindən bildirilib.

İnsidentlə bağlı məlumat İsrail hökumətinə çatdırılıb. Avtomobildə olan insanların sayı və dəymiş ziyanın həcmi barədə məlumat verilməyib.

“Təəssüf ki, humanitar təşkilatların işçiləri həyati vacib yardımı çatdırarkən ölüm riskləri ilə üzləşməyə davam edir”, - UNİSEF-in regional ofisindən qeyd edilib.


Story Code: 1127991

News Link :
https://www.islamtimes.org/az/news/1127991/unisef-in-avtomobili-qəzzanın-girişində-sionistlər-tərəfindən-atəşə-tutuldu

Islam Times
  https://www.islamtimes.org