QR CodeQR Code

Rusiya İran əleyhinə sanksiyalara qarşı çıxdı

10 Nov 2011 10:37

IslamTimes - Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni hesabatından sonra İrana qarşı ehtimal olunan yeni sanksiyaların qəbuledilməz olduğunu bildirib


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, Yukio Amanonun İranın nüvə enerjisi ilə bağlı hazırladığı sifarişli hesabat MAQATE-yə üzv olan 35 ölkəyə təqdim edilib.

Beynəlxalq Atom Enerjisi Agentliyi bu hesabatda bildirir ki, İran 2003-cü ildən əvvəllər hərbi nüvə fəaliyyətləri göstərib və bu fəaliyyətlərin davam etdirilməsi ehtimal olunur.

Rusiya xarici işlər nazirinin müavini deyib: "İrana qarşı sanksiyalar artırılsa, bu Tehranda rejimin dəyişilməsi ilə bağlı addım kimi dəyərləndiriləcək!"

Rusiya rəsmisi bildirib ki, Rusiya BMT TŞ-nın İrana qarşı yeni sanksiyaları ilə heç vəchlə razılaşmayacaq.


Story Code: 112837

News Link :
https://www.islamtimes.org/az/news/112837/rusiya-iran-əleyhinə-sanksiyalara-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org