QR CodeQR Code

Lavrovla Abdullahiyan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

13 Apr 2024 20:08

IslamTimes - Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aparıb.


APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqda əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəldilib.

Rusiya tərəfi bir daha iğalçı İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hava hücumunu kəskin şəkildə pislədiyini vurğulayıb.

Tərəflər siyasi və diplomatik əməkdaşlığın, o cümlədən qarşılıqlı iqtisadi fəaliyyətin genişlənməsində maraqlı olduqlarını vurğulayıb.


Story Code: 1128378

News Link :
https://www.islamtimes.org/az/news/1128378/lavrovla-abdullahiyan-yaxın-şərqdəki-vəziyyəti-müzakirə-ediblər

Islam Times
  https://www.islamtimes.org