QR CodeQR Code

Bu ölkələrin səfirləri İran XİN-ə çağırıldı

14 Apr 2024 17:37

IslamTimes - İşğalçı İsrailə qarşı hava hücumundan sonra Böyük Britaniya, Almaniya və Fransa səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.


Teleqraf.com xəbər verir ki, bu barədə İran XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Qərbi Avropa departamentinin rəhbərinin hər üçü səfiri ayrı-ayrılıqda çağırmasına səbəb Böyük Britaniya, Almaniya və Fransadakı rəsmi şəxslərin İranın ünvanına səsləndirdiyi bəyanatlar olub.

Diplomatların diqqətinə işğalçı İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu barədə məlumat verilib.


Story Code: 1128579

News Link :
https://www.islamtimes.org/az/news/1128579/bu-ölkələrin-səfirləri-iran-xin-ə-çağırıldı

Islam Times
  https://www.islamtimes.org