QR CodeQR Code

İranın ən azı 9 raketi İsrailin HHM sistemini keçib - ABŞ

15 Apr 2024 18:06

IslamTimes - İranın hücumu zamanı ən azı doqquz İran raketi işğalçı İsrailin hava hücumundan müdafiə sistemlərindən yan keçib və iki İsrail hava bazasını vurub.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın yüksək rütbəli rəsmisi “ABC Nyus”a bildirib.

Onun sözlərinə görə, beş ballistik raket Nevatim hava bazasında C-130 nəqliyyat təyyarəsinə, uçuş-enmə zolağına və anbarlara ziyan vurub. Daha dörd ballistik raket Negev aviabazasına düşüb.

Qeyd edək ki, İran 13 aprel gecəsi ballistik, hipersəs raketlər və PUA-larla işğalçı İsrailə hücum edib.


Story Code: 1128832

News Link :
https://www.islamtimes.org/az/news/1128832/iranın-ən-azı-9-raketi-israilin-hhm-sistemini-keçib-abş

Islam Times
  https://www.islamtimes.org