QR CodeQR Code

Qəzza əsirlərindən əlavə, 12 min fələstinli əsir var!

إسلام تايمز , 17 Apr 2024 20:10

IslamTimes - Fələstinli Əsirlər Komitəsinin sədri Qədura Fares sionist rejimin həbsxanalarındakı fələstinli məhbusların sayının Qəzzadakı məhbuslar nəzərə alınmadan 12 min nəfərə yaxın olduğunu bildirib.


Fares deyib: Bu bir haldadır ki, oktyabrın 7-dən əvvəl işğalçı rejim zindanlarında olan fələstinli məhbusların sayı 5000 nəfər idi.

Fares vurğulayıb: Fələstinli məhbusların sayı keçən il oktyabrın 7-dən sonra 130% artıb. İşğalçılar fələstinli məhbuslara qəsdən işgəncə verir və onları sıxışdırırlar; Bu məsələ 16 fələstinli məhbusun şəhid olmasına səbəb olub.

Fələstinli Əsirlər Komitəsinin sədri əlavə edib: Qəzzadan olan məhbusların sayını heç kim bilmir. Ötən qış fələstinli məhbuslar üçün 1967-ci ildən bəri ən ağır qış olub.

Qadura Fares bildirib: İşğalçılar fələstinli əsirlərin paltarlarını soyundurur və onları ən sadə hüquqlardan belə məhrum edirlər!


Story Code: 1129311

News Link :
https://www.islamtimes.org/az/news/1129311/qəzza-əsirlərindən-əlavə-12-min-fələstinli-əsir-var

Islam Times
  https://www.islamtimes.org