QR CodeQR Code

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi

20 Apr 2024 11:27

IslamTimes - Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni “Pyoldji-1-2” zenit-raketinin sınaq buraxılışını, həmçinin “Hvasal-1 Ra-3” strateji qanadlı raketinin ultra iri döyüş başlığının gücünün sınaqlarını həyata keçirib.


Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunub ki, sınaqlar Sarı dənizdə KXDR-in Raket Elmi üzrə Baş İdarəsi tərəfindən keçirilib və müxtəlif yeni silahların texnologiyalarını inkişaf etdirməyə yönəlib.

KCNA vurğulayıb ki, sınaqlar raket elmləri şöbəsinin müntəzəm fəaliyyəti çərçivəsində həyata keçirilib və regiondakı vəziyyətlə heç bir əlaqəsi yoxdur.


Story Code: 1129905

News Link :
https://www.islamtimes.org/az/news/1129905/şimali-koreya-yeni-zenit-raketini-sınaqdan-keçirdi

Islam Times
  https://www.islamtimes.org