QR CodeQR Code

NATO-nun Ukraynaya hərbçilər göndərmək planı yoxdur

22 Apr 2024 02:00

IslamTimes - “NATO Ukraynaya hərbçilər göndərməyi planlaşdırmır, lakin orada hərbi məsləhətçilər mövcuddur”.


Teleqraf.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “MSNBC” telekanalına müsahibəsində bildirib.

“Ukraynada NATO-nun döyüş qüvvələrinin olması ilə bağlı heç bir plan yoxdur. Amma təbii ki, bir sıra NATO ölkələrinin Kiyevdəki səfirliklərində məsləhətlər verən uniformalı öz adamları var”, - o deyib.

Stoltenberq vurğulayıb ki, ABŞ və NATO üçün Ukraynaya silah tədarük etmək xeyriyyə deyil, öz təhlükəsizliyinə sərmayədir.


Story Code: 1130262

News Link :
https://www.islamtimes.org/az/news/1130262/nato-nun-ukraynaya-hərbçilər-göndərmək-planı-yoxdur

Islam Times
  https://www.islamtimes.org