QR CodeQR Code

Zelenski: ABŞ-nin dəstəyi olmasa, Ukrayna bir neçə aya təslim olar

27 Apr 2024 08:27

IslamTimes - 2023-cü ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consona deyib ki, Amerikanın dəstəyi olmasa, Kiyev aprel aylarına qədər təslim olar.


Teleqraf.com xəbər verir ki, bundan sonra spiker Ukraynaya yardım haqqında qanun layihəsinin ABŞ Nümayəndələr Palatasından keçməsinə kömək etmək qərarına gəlib.

Aprelin 26-da Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri yeni briqadalar formalaşdırır, lakin Qərb texnikası təchizatına ehtiyac duyur.

Həmin gün Ukrayna Prezidenti bildirib ki, Qərbin Kiyevə yardımı, o cümlədən Ukrayna Silahlı Qüvvələrinə hava hücumundan müdafiə sistemlərinin göndərilməsi Ukrayna qoşunlarına cəbhəni sabitləşdirməyə kömək edəcək.


Story Code: 1131420

News Link :
https://www.islamtimes.org/az/news/1131420/zelenski-abş-nin-dəstəyi-olmasa-ukrayna-bir-neçə-aya-təslim-olar

Islam Times
  https://www.islamtimes.org