QR CodeQR Code

Gürcüstanda xalq meydanı tərk etmir!

2 May 2024 09:53

IslamTimes - Tbilisidə etirazçılar Ədliyyə Palatasının binasına yürüş edərək yolu bağlayblar


Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı çıxanların bəziləri ölkənin Ədliyyə Palatasının binasına yürüş ediblər.

"Report"un yerli bürosu xəbər verir ki, etirazçılar Ədliyyə Evinin ətrafını bağlayıblar.

Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Mitinq iştirakçıları skuter və zibil qutuları ilə yolu bağlayıblar.

Eyni zamanda, etirazçılar hələ də parlament qarşısında və kənarındadılar. Aksiyaçılara qarşı dəfələrlə su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edilsə də, onlar dağılışmaq fikrində deyillər.


Story Code: 1132437

News Link :
https://www.islamtimes.org/az/news/1132437/gürcüstanda-xalq-meydanı-tərk-etmir

Islam Times
  https://www.islamtimes.org