QR CodeQR Code

Ukrayna Rusiyaya zərbə endirdi: 6 ölü, 35 yaralı

6 May 2024 09:24

IslamTimes - Rusiyanın Belqorod vilayətinə növbəti PUA hücumu edilib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Ukrayna PUA-sı Borisovsk rayonunda “Aqro-Belqorye” şirkətlər qrupuna məxsus maşına çırpılıb.

Nəticədə 33 nəfər yaralanıb, 6 nəfər ölüb.

***

Belqorod vilayətinin qubernatoru Vyaçşeslav Qladkov yaralıların sayının 35-ə çatdığını bildirib:

“Şirkət işçilərini aparan iki “Qazel” və minik avtomobili Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Hadisə Borisovsk rayonunun Berezovka kəndi yaxınlığında baş verib. Təəssüf ki, partlayış nəticəsində 6 nəfər aldığı xəsarətlərdən yerindəcə ölüb”.


Story Code: 1133119

News Link :
https://www.islamtimes.org/az/news/1133119/ukrayna-rusiyaya-zərbə-endirdi-6-ölü-35-yaralı

Islam Times
  https://www.islamtimes.org