QR CodeQR Code

Qəzzada daha bir israilli məhbus həlak oldu

إسلام تايمز , 7 May 2024 19:30

IslamTimes - İzzəddin Qəssam Briqadası işğalçı İsrail rejimi ordusunun Qəzzaya hücumlarından sonra daha bir israilli əsirin öldüyünü açıqlayıb.


İzzəddin Qəssam müqavimət qrupunun sözçüsü Əbu Ubeydə xəbər verib ki, ötən ay işğalçı İsrail rejiminin Qəzzanı bombardman etməsi zamanı digər bir əsirlə birlikdə yaralanan israilli qadın bu gün həyatını itirib.

Xəstəxanaların bombalanması və tibb müəssisələrinin olmaması səbəbindən əsirin lazımı tibbi yardım ala bilmədiyi bildirilən video müraciətdə israilli ailələrə müraciət edilərək deyilir: “Ordunuz tərəfindən xəstəxanaların dağıdılması və istifadəyə yararsız hala gətirilməsi elə İsrail rejimi tərəfindən yaralanan əsirlərinizin həyatını itirməsinə səbəb oldu. Millətimiz də bu problemdən əziyyət çəkir. Zaman keçir və hökumətiniz hələ də yalan danışır”.


Story Code: 1133443

News Link :
https://www.islamtimes.org/az/news/1133443/qəzzada-daha-bir-israilli-məhbus-həlak-oldu

Islam Times
  https://www.islamtimes.org