QR CodeQR Code

SIONIST İSRAIL IŞĞAL OLUNMUŞ ƏRAZILƏRDƏ YENI EVLƏR TIKƏCƏK

İslam-Azeri.az , 8 Sep 2009 20:14

İslam-Azeri.az İnternet Qəzetinin BBC-yə istinadlı xəbərinə görə, sionist rejim İsrail işğal olunmuş Qərb sahili ərazilərində 400-ə yaxın evin tikintisi layihəsini rəsmən qəbul edib. Bu barədə bəyanatı İsrailin Müdafiə Nazirliyi yayıb.


Bəyanatda deyilir ki, ərazidə 366 evin tikintisi müdafiə naziri Ehud Barakın qərarı ilə təsdiqlənib.
Baş nazir Benyamin Netanyahu mart ayında hakimiyyətə gələndən bəri bu Qərb Sahili ərazisində hökumətin ilk tikinti layihəsidir.

Fələstinlilər yəhudilərin məskunlaşdırılması dondurulmayana qədər İsraillə heç bir danışığa getməyəcəyini bəyan ediblər.

İsrailin 1967-ci ildə Qərb Sahilini və Qüdsü işğal etməsindən bəri 100-dən çox yeni yaşayış məskəni yaradılıb və burada 500 minə yaxın yəhudi yaşayır.

Yəhudilərin bu ərazidə məskunlaşması beynəlxalq qanunlara ziddir. Sionist rejim İsrail isə bunun əksini israr edir.


Story Code: 11336

News Link :
https://www.islamtimes.org/az/news/11336/sionist-israil-işğal-olunmuş-ərazilərdə-yeni-evlər-tikəcək

Islam Times
  https://www.islamtimes.org