0
Sunday 13 November 2011 - 23:02

Misir Suriyaya hərbi müdaxilənin əleyhinədir

Story Code : 113729
Misir Suriyaya hərbi müdaxilənin əleyhinədir
Misir Suriyaya hərbi müdaxilənin əleyhinədir
Misir XİN-i bəyanatı Ərəb Dövlətləri Liqasında (ƏDL) Suriyanın üzvlüyünün dayandırılması barədə qərar çıxarıldıqdan sonra açıqlanıb.Ehtimallara görə, Suriyaya qarşı ƏDL tərəfindən qəbul olunmuş qərar bu ölkəyə hərbi intervensiya edilməsi istiqamətində ilk addım ola bilər.

İslamazeri.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Misir XİN-i Suriyaya qarşı hərbi intervensiyanın Misir üçün qəbuledilməz olduğunu bildirirb.Rəsmi Qahirə Suriya dövləti bütövlüyünün Misir Xarici siyasətinin prioriteti təşkil etdiyini xatırladıb.Eyni zamanda misir Suriyanı ƏDL dövlətləri tərəfindəndən irəli sürülmüş dinç çözüm təşəbbüsünü qəbul etməyə çağırırb.Bu arada isə rəsmi Dəməşq Suriyadakı vəziyyəti Ərəb ƏDL ölkələrilə müzkirə etmək istədiyini bəyan edib.

Suriya ƏDL tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəklədiyini bildirirb.Dövlət televiziyasının yaydığı bəyanatda deyilir ki, Suriya höküməti ölkəyə ƏDL müşahidəçilərini dəvət etməyə hazırdır.Bəyanat ƏDL tərəfindən Suriyanın bu təşkilatda üzlüyünün dayandırılması barədə qərar qəbul edilkdən 1 gün sonra verilib.Suriya əleyhinə ƏDL tərəfindən qəbul olunan qərarı ABŞ və Aİ dəstəkləyir.
Comment