QR CodeQR Code

İranın ali lideri əfv fərmanı imzalayıb

15 Nov 2011 12:12

IslamTimes - İranın ali lideri ayətullah Əli Xameneyi Qədir-Xum bayramı münasibətilə həbsdə olan 912 nəfər məhbusun əfv olunması barədə fərman imzalayıb.


Bu barədə Trend İran televiziyasının rəsmi saytı iribnews-a istinadən məlumat verir.

İranın məhkəmə sisteminin rəhbəri Sadiq Amoli Laricani Qədir-Xum bayramı münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 912 məhbusun əfv edilməsi xahiş olunur. Ayətullah Xameneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Noyabrın 15-də ölkəmiz də daxil olmaqla bir çox ölkələrdə Qədir-Xum bayramı qeyd olunur.


Story Code: 114096

News Link :
https://www.islamtimes.org/az/news/114096/iranın-ali-lideri-əfv-fərmanı-imzalayıb

Islam Times
  https://www.islamtimes.org